Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı № 2/2 - 11 mart 2022-ci il
Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 35.3-cü maddəsini rəhbər tutaraq qərara alır:
- "Radio Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şuraya ünvanlanmış 11 fevral 2022-ci il tarixli 17 nömrəli məktubunu, həmçinin "Radio Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinə Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş 09 dekabr 2016-cı il tarixli 141 qeydiyyat nömrəli lisenziyanın şərtlərini, habelə Şura aparatının Maliyyə və texniki nəzarət şöbəsinin 03 mart 2022-ci il tarixli rəyini nəzərə alaraq "Radio TMB" ümumölkə radio kanalının yayımı üçün Ağstafa rayonu ərazisində yerləşən "Poylu" Radio-Televiziya Yayım Stansiyasından 94.1 MHs radiotezliyi və Şəki rayonu ərazisində yerləşən "Təpəcənnət" Radio-Televiziya Yayım Stansiyasından 94.9 MHs radiotezliyi "Radio Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilsin.
- "Radio Qrup" Məhdud Məsuliyyətli Cəmiyyəti bu Qərar ilə onun istifadəsinə ayrılmış radiotezliklərin istifadəsi üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Radiotezliklər İdarəsi ilə, yayımın həyata keçirilməsi xidməti üzrə isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi (Teleradio İB) ilə müqavilələr bağlayıb bu barədə Şuraya məlumat versin.
- Şura aparatının Hüquq və beynəlxalq əlaqələr, Maliyyə və texniki nəzarət şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.