Azərbaycan Respublikası Audiovizual Şurası

Azərbaycan Respublikası Audiovizual Şurasının Qərarı № 2/1 - 11 mart 2022-ci il

Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Qanununun 29-cu, 47.1.4-cü, 54.1-ci, 54.2-ci maddələrini, "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.4-cü bəndini, "Dövlət rüsumu haqqında" Azərbaycan  Respublikasının 04 dekabr 2001-ci il tarixli 223-IIQ saylı Qanununun 22.0.39.4-cü maddəsini rəhbər tutaraq qərara alır:

  1. Digər iddiaçılarla müqayisədə daha üstün texniki və yaradıcılıq imkanlarına malik olan "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHs radiotezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi hesab edilsin və ona ümumrespublika radio yayımı üçün müddətsiz lisenziya verilsin.
  2. "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti Şuranın Qərarını aldıqdan 5 (beş) iş günü müddətində ümumrespublika radio yayımı lisenziyası üçün nəzərdə tutulmuş 2500 (iki min beş yüz) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsini təmin etsin.
  3. "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti bu Qərar ilə onun istifadəsinə ayrılmış radiotezliklərin istifadəsi üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Radiotezliklər İdarəsi ilə, yayımın həyata keçirilməsi xidməti üzrə isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi (Teleradio İB) ilə müqavilələr bağlayıb bu barədə Şuraya məlumat versin.
  4. Şura aparatının Hüquq və beynəlxalq əlaqələr, Maliyyə və texniki nəzarət şöbələri bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.