Azərbaycan Respublikası Audiovizual Şurası

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən “Televiziyaların dili monitorinq aynasında” adlı tədbir keçirilib.

Martın 2-də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən "Televiziyaların dili monitorinq aynasında" adlı tədbir keçirilmişdir. Tədbirdə Monitorinq Mərkəzi tərəfindən 12  televiziya kanalında aparılmış monitorinqin (2021-ci ilin aprel-may ayları) nəticələri haqqında məlumat verilmişdir. Televiziya kanallarında aparılan monitorinqin nəticələri ilə bağlı statistik məlumatlara görə, qeydə alınmış 6000 dil faktından 4753-ü hesabata daxil edilmişdir ki, onlardan da 1017-si orfoepik, 233-ü orfoqrafik, 1346-sı leksik, 651-i qrammatik, 1506-sı isə üslub və ifadə səhvləridir.

Tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikası Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov, yazıçı Seyran Səxavət, Bakı Dövlət Universitetinin professoru, media eksperti Qulu Məhərrəmli, AMEA Dilçilik İnstitutunun şöbə müdiri Sayalı Sadıqova, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini Rafiq Həşimov, "ARB 24" MMC-nin direktoru Radik İsmayılov, televiziya aparıcıları Nailə İslamzadə, Günel Bəhramqızı və başqaları çıxış etmişlər.

 

Qeyd: Fotoların müəlliflik hüququ "AZƏRTAC"-a məxsusdur.