Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının 12 yanvar 2022-ci il tarixli 01/1 nömrəli Qərarı

Bakı şəhəri                                                                                           

 

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15-ci maddəsini rəhbər tutaraq qərara alır:

  1. Ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz işçi tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək müsabiqə elan edilsin.
  2. Müsabiqənin qayda və şərtləri barədə elan rəsmi mətbuat orqanı olan "Xalq qəzeti"ndə və Milli Televiziya və Radio Şurasının internet səhifəsində yerləşdirilsin.

 

 

 İsmət  Səttarov

Sədr