“Media haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edildi
30 dekabr 2021-ci il tarixdə Milli Məclisinin plenar iclasında "Media haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihəni üçüncü oxunuşda Parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib və əvvəlki oxunuşlarda deputatların suallarına yazılı cavab veriləcəyini bildirib. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.