Azərbaycan Respublikası Audiovizual Şurası

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında 30 dekabr 2021-ci il tarixli Qərar

 

"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2–17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:

  • Vüqar Eldar oğlu Zeynalov – namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüşdür;
  • Azər Ruslan oğlu Əliyev – namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüşdür;
  • Sevil Şərif qızı Yusifova – namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüşdür.

 

Sahibə Qafarova

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 30 dekabr 2021-ci il
№ 466-VIQR