Azərbaycan Respublikası Audiovizual Şurası

“Media və İnformasiya Savadlılığı” (EMİS) işçi qrupunun 5-ci iclası onlayn formatda keçirilmişdir

EPRA-nın "Media və İnformasiya Savadlılığı" (EMİS) işçi qrupunun 5-ci iclası 17 dekabr 2021-ci il tarixində onlayn formatda təşkil olunmuşdur. Milli Televiziya və Radio Şurası Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları da toplantının işində iştirak etmişlər. Toplantı zamanı şəbəkədə baş verən yeniliklər barədə aşağıdakı təqdimatlar olunmuşdur:

  • Stephanie Komi tərəfindən Audiovizual media xidmətləri üzrə Avropa tənzimləyiciləri qrupu (ERGA) çərçivəsində işçi qrupun (AG3) "Video paylaşım platformları üçün əsas prinsiplər, qabaqcıl təcrübə və media savadlığı alətləri üzrə tövsiyələr" haqqında yenilənmiş məlumatı verilmişdir.
  • Claire Levens EMİS iştirakçılarına Böyük Britaniyanın Tənzimləyici Qurumu olan OFCOM tərəfindən "Onlayn media savadlığının artırılmasına yönəldilmiş yeni yanaşma" adlı sorğu kitabı barədə təqdimat etmişdir.
  • Sally Reynolds tərəfindən Dezinformasiya üzrə ekspertlərin 2-ci görüşü haqda məlumat verilmişdir.

Təqdimatlar bitəndən sona "Media və İnformasiya Savadlılığı" (EMİS) üzrə işçi qrupunun növbəti addımları haqqında fikir mübadiləsi çərçivəsində aşağıdakı məsələlər müzakirə olunmuşdur:

  • EMİS işçi qrupunun səlahiyyət dairəsi;
  • EMİS işçi qrupunun Rəhbər Komitəsi və Rəhbər Qrupu;
  • Yayım Tənzimliyici Orqanlarının Avropa Platformasının (EPRA) 2022-ci il üzrə İş proqramının yerinə yetirilməsinə dəstəк.

Habelə, iclasın sonunda Media və İnformasiya Savadlılığı şəbəkəsində EMİS işçi qrupunun çıxıçı haqda qısa müzakirələr aparılmışdır.