Milli Televiziya və Radio Şurasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların Qiymətləndirilməsi Missiyası ilə görüş keçirilmişdir.
19 dekabr 2019-cu il tarixdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Baş Seçki Eksperti Aleksey Qromovu, seçki mütəxəssisi Radivoje Grujiçi və ATƏT Parlament Assambleyasının proqram və inzibati məsələlər üzrə məsul əməkdaşı Tim Knoblaunu qəbul etmişdir.
Görüşdə televiziya və radio yayımında seçkiqabağı təşviqatın aparılması və ona nəzarət mexanizmləri, seçkiqabağı təşviqat kampaniyasında siyasi reklamın yayımı ilə bağlı məsələlər müzakirə edilmişdir. Nuşirəvan Məhərrəmov qonaqları maraqlandıran sualları cavablandırmışdır.