"İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında" 23 aprel 2019-cu il tarixli Qərar
"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:
- Babanlı Yusif Məmməd oğlu – namizədliyi idman federasiyaları tərəfindən irəli sürülmüşdür;
- Musayev Salman Musa oğlu – namizədliyi dini konfessiyalar tərəfindən irəli sürülmüşdür;
- Qafarova Zemfira Həsən qızı – namizədliyi yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüşdür.
Oqtay Əsədov
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 23 aprel 2019-cu il