Milli Televiziya və Radio Şurasında kabel yayımçılarının rəhbərləri ilə növbəti görüş keçirilmişdir.
Yayım operatorları ilə silsilə tədbirlər çərçivəsində 2021-ci il iyulun 15-də Milli Televiziya və Radio Şurasında bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilmişdir. Görüşdə "Media haqqında" qanun layihəsi barədə geniş məlumat verilmiş, qanun layihəsində audiovizual media sahəsi ilə bağlı yeniliklər, habelə, hazırda kabel yayımında əqli mülkiyyət ilə bağlı mövcud problemlər yayımçıların diqqətinə çatdırılmışdır.
Daha sonra görüşdə yeni qanun layihəsi və əqli mülkiyyətlə bağlı kabel operatorlarını maraqlandıran məsələlər ətrafında müzakirələr aparılmışdır.