10 yanvar 2020-ci il tarixdə Milli Televiziya və Radio Şurasının iclası keçirilmişdir
İclasda Milli Televiziya və Radio Şurası tərəfindən ümumrespublika radio kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyi) 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək elan edilmiş müsabiqənin nəticələri müzakirə olunmuşdur.
Müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs sənədlərini Şuraya təqdim etmişdir:
- "Real Təhlil İnformasiya Mərkəzi" MMC;
- "TV-Media Azerbaijan" MMC;
- "Balans Studiyası" MMC;
- "İNS ÇM" MMC;
- "OMD Azerbaijan" MMC.
Üç iddiaçı - "TV-Media Azerbaijan" MMC, "OMD Azerbaijan" MMC və "Real Təhlil İnformasiya Mərkəzi" MMC sonradan müsabiqədə iştirak etməkdən imtina etmişdir. Bu səbəbdən, Milli Televiziya və Radio Şurasının "Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları"nın 2.1.9.-cu bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul etmişdir.