Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurası və Medianın İnkişafı Agentliyi ümumölkə televiziya kanallarının rəhbərləri üçün yeni “Media haqqında” qanun layihəsinin təqdimatını keçirmişlər.

2021-ci il iyulun 2-də Milli Televiziya və Radio Şurası və Medianın İnkişafı Agentliyi ümumölkə televiziya kanallarının rəhbərləri üçün yeni "Media haqqında" qanun layihəsinin təqdimatını həyata keçirmişlər. Tədbiri giriş nitqi ilə açan Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbir iştirakçılarını salamlamış və media sahəsində son zamanlar aparılan islahatlardan danışmışlar.

Daha sonra Medianın İnkişafı Agentliyinin departament müdiri Rəqsanə Kərimova və Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Fazil Novruzov "Media haqqında" Azərbaycan Respublikasının Qanunu layihəsi ilə bağlı təqdimatlarla çıxış etmişlər. Təqdimatlardan sonra qanun layihəsinin müxtəlif bəndləri ilə bağlı geniş müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallara cavab verilmişdir. Televiziya kanallarının rəhbərləri bu tədbirin keçirilməsi və qanun layihəsinin belə geniş müzakirəyə çıxarılmasından məmnunluq ifadə etmişlər.