Milli Televiziya və Radio Şurasının üzvü Mübariz Elyazov vəfat etmişdir
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Elyazov Mübariz Elyaz oğlu COVİD-19 koronavirus infeksiyasından 20 gündən çöx müalicə olunduğu xəstəxanada vəfat etmişdir. Həkimlərin bütün səylərinə, aparılan müalicələrə, uzun zaman süni tənəffüs aparatına qoşulmasına baxmayaraq MTRŞ üzvü dünyasını dəyişmişdir.
Allah rəhmət eləsin!