"İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında" 29 may 2015-ci il tarixli Qərar
"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:
Vüqar Eldar oğlu Zeynalov – namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüşdür;
Mirhəsən Mirheydər oğlu Seyidov – namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüşdür;
Sevil Şərif qızı Yusifova – namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüşdür.
O. Əsədov
Azərbaycan Respublikası Milli Məclisinin sədri
Bakı şəhəri, 29 may 2015-ci il
№ 1286-IVQR