"İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında" 14 aprel 2017-ci il tarixli Qərar
"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2 - 17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər:
Azər Hacıqulu oğlu Həsrət - namizədliyi Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüşdür;
Muxtar Kazım oğlu İmanov - namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülmüşdür;
Həsən Şahhüseyn oğlu Cəfərov - namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüşdür.
O. ƏSƏDOV
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 14 aprel 2017-ci il
№ 584-VQR