Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının 11 aprel 2013-cü il tarixli 03/2 saylı Qərarı

Bakı şəhəri

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.4.5-ci maddəsini rəhbər tutaraq, “Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2011-ci il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı”na uyğun olaraq QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə əlaqədar zəruri texniki-hüquqi prosedur və sənədlərin müvafiq qanunvericilik və beynəlxalq təcrübəyə uyğun surətdə hazırlanması məqsədilə teleradio yayımçılarının xüsusi razılıq (lisenziya) verilməsi və  xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərinə baxılması müvəqqəti olaraq təxirə salınsın.

2. Rəqəmli radio-televiziya yayımı üçün lisenziyaların verilməsi Qaydalarının hazırlanması işinin başa çatdırılmasının təmin edilməsi Milli Televiziya və Radio Şurası Aparatına tapşırılsın.

3. Xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə Milli Televiziya və Radio Şurasına müraciət etmiş teleradio yayımçılarının fəaliyyəti xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərinə baxılanadək davam etdirilsin.

 

Nuşirəvan Məhərrəmov

Sədr