"İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında" 15 mart 2005-ci il tarixli Qərar
"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:
Aqil İsaq oğlu Dadaşov - namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüşdür;
Vaqif Məhərrəm oğlu Abbasov - namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülmüşdür;
Cahangir Əbdüləli oğlu Məmmədli - namizədliyi Mətbuat Şurası tərfindən irəli sürülmüşdür;
Namiq Məsim oğlu Məmmədov - namizədliyi Sahibkarlıq Şurası tərəfindən irəli sürülmüşdür;
Fuad Rauf oğlu Muradov - namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüşdür;
Zərifə Teymur qızı Salahova - namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüşdür.
2. Aşağıdakı şəxslər 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:
Natiq Əhməd oğlu Şirinzadə - namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüşdür;
3. Aşağıdakı şəxslər 2 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:
Ağacan Qulam oğlu Əbiyev - namizədliyi idman federasiyaları tərəfindən irəli sürülmüşdür;
Salman Musa oğlu Musayev - namizədliyi dini konfessiyalar tərəfindən irəli sürülmüşdür;
Altay Qulam oğlu Zahidov - namizədliyi yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüşdür.
M. ƏLƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 15 mart 2005-ci il
№ 866-IIQR