"İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında" 17 aprel 2007-ci il tarixli Qərar
"İctimai Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər:
Ağacan Qulam oğlu Abıyev - namizədliyi idman federasiyaları tərəfindən irəli sürülmüşdür;
Salman Musa oğlu Musayev - namizədliyi dini konfessiyalar tərəfindən irəli sürülmüşdür;
Altay Qulam oğlu Zahidov - namizədliyi yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüşdür.
O. ƏSƏDOV
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 17 aprel 2007-ci il
№ 312-IIIQR