Azərbaycan Respublikası Audiovizual Şurası

"İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında" 18 mart 2011-ci il tarixli Qərar

"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 17.2-ci, 17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvləri seçilsinlər:

Aqil İsaq oğlu Dadaşov – namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən irəli sürülmüşdür;

Muxtar Kazım oğlu İmanov – namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülmüşdür;

Cahangir Əbdüləli oğlu Məmmədli - namizədliyi Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüşdür.

 

O. Əsədov

Azərbaycan Respublikası Milli Məclisinin sədri

Bakı şəhəri, 18 mart 2011-ci il

            № 87-IVQR