Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının 05 mart 2018-ci il tarixli 04/1 saylı Qərarı

Bakı şəhəri  

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” 25 iyun 2002-ci il tarixli 345-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 29-cu, “Lisenziyalar və icazələr haqqında” 15 mart 2016-cı il tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsini, “Lisenziyalar və icazələr haqqında” 15 mart 2016-cı il tarixli, 176-VQ nömrəli Azərbaycan Respublikası Qanununun 2 nömrəli Əlavəsinin 5.10-cu bəndini, Azərbaycan Respublikası Prezidentinin 05 oktyabr 2002-ci il tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6-cı bəndini rəhbər tutaraq qərara alır:

1. “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə peyk yayımı üçün müddətsiz lisenziya verilsin.

2. “REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətindən peyk yayımı üçün 500 (beş yüz) manat məbləğində rüsum tutularaq dövlət büdcəsinə köçürülsün.

 

Nuşirəvan Məhərrəmov

Sədr