Milli Televiziya və Radio Şurasının 02 mart 2018-ci il tarixli 03/1 saylı Qərarı
Bakı şəhəri
Milli Televiziya və Radio Şurası “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın təsdiq edilməsi barədə” Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci il tarixli 04/3 nömrəli qərarının “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 15 dekabr 2017-ci il tarixli 943-VQD saylı Qanununa uyğunlaşdırılması məqsədilə qərara alır:
1. “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın təsdiq edilməsi barədə” Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci il tarixli 04/3 nömrəli qərarının adında və 1-ci hissəsində “Uşaqların və yetkinlik” sözləri “Yetkinlik” sözü ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın adında və mətnində “Uşaqların və yetkinlik” sözləri “Yetkinlik” sözü ilə əvəz edilsin.
3. Milli Televiziya və Radio Şurasının Aparatı “Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ı bu dəyişikliklə birlikdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.
Nuşirəvan Məhərrəmov
Sədr