Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurası teleradio proqramlarının Azərbaycan dilində yayımlanmasının təmin olunması haqqında qərar qəbul etmişdir

Milli Televiziya və Radio Şurası respublika ərazisində təsis edilən və fəaliyyət göstərən bütün teleradio yayımçılarının bəzi verilişləri istisna olmaqla, proqramlarının Azərbaycan dilində yayımlanmasının təmin olunması haqqında qərar qəbul etmişdir.  Şuranın yanvarın 11-də keçirilmiş iclasında "Televiziya və radio yayımı haqqında" və "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunların tələblərinə uyğun olaraq qəbul edilmiş həmin qərara əsasən, teleradio yayımçıları subtitrlərlə Azərbaycan dilində tərcümənin verilməsi şərti ilə xəbərlər buraxılışlarını, 30 dəqiqədən çox olmamaq şərti ilə əcnəbi dillərin öyrənilməsinə xidmət edən tədris proqramlarını, intellektual verilişləri və bəzi xüsusi buraxılışları əcnəbi dillərdə yayımlaya bilərlər.