Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasında KİV sahəsində layihənin hazırlanması məqsədilə Avropa Şurasının Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ilə görüş keçirilmişdir.

21 fevral 2008-ci il tarixdə Milli Televiziya və Radio Şurasında KİV sahəsində layihənin hazırlanması məqsədilə Avropa Şurası ehtiyacların dəyərləndirilməsi missiyasının nümayəndələri ilə görüş keçirilmişdir. Qonaqlar Azərbaycan Respublikasına səfərin KİV sahəsində iki illik layihənin hazırlanması məqsədilə həyata keçirildiyini bildirmişlər. Şura sədri Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının formalaşdırılması, onun tərkibi və funkisiyaları, televiziya və radio yayımı üçün xüsusi razılığın (lisenziyanın) verilməsi proseduru ilə bağlı qonaqları maraqlandıran sualları cavablandırmışdır. Şura sədri Milli Televiziya və Radio Şurasının Avropa Şurasının müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini və 2007-ci ilin aprel ayında Şuranın televiziya və radio yayımı üzrə nüfuzlu təşkilat olan "EPRA" təşkilatına üzv olduğunu, eyni zamanda "Sərhədsiz Televiziya haqqında" Avropa Konvensiyasına qoşulmaq üçün müvafiq tədbirlərin görüldüyünü və bu məsələnin ilin sonuna qədər öz həllini tapacağını bildirmişdir. Görüşdə Azərbaycan Respublikasında televiziya və radio yayımı ilə əlaqədar qanunvericiliyin mövcud vəziyyəti, internet televiziyası, jurnalistlərin etik davranış qaydaları, seçkiqabağı təbliğat və təşviqat kompaniyasında siyasi reklamın yayımı ilə bağlı məsələlərə dair qarşılıqlı fikir mübadiləsi aparılmışdır.