Milli Televiziya və Radio Şurasında AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Yevgeniya Jivkova ilə görüş keçirilmişdir.
20 may 2008-ci il tarixdə Milli Televiziya və Radio Şurasında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Yevgeniya Jivkova ilə görüş keçirilmişdir. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Yevgeniya Jivkova Azərbaycan Respublikasına səfərdə məqsədin seçkiqabağı vəziyyətin öyrənilməsindən ibarət olduğunu bildirmişdir.
Görüşdə Şura sədri Nuşirəvan Məhərrəmov seçkiqabağı təbliğat və təşviqat zamanı televiziya və radio yayımına dair qanunvericiliyin mövcud vəziyyəti barədə qonağı maraqlandıran sualları cavablandırmışdır. Görüşdə dövlət, ictimai və özəl yayımçılar tərəfindən siyasi reklamın yayımlanmasına dair qanunvericilikdə mövcud olan müddəalar qarşılıqlı şəkildə təhlil olunmuşdur. Şura sədri Nuşirəvan Məhərrəmov ATƏT-in təşəbbüsü ilə 30 may 2008-ci il tarixdə keçiriləcək geniştərkibli görüşdə bir daha seçkiqabağı təbliğat və təşviqat kompaniyasında siyasi reklamın yayımı ilə bağlı məsələlərin müzakirə ediləcəyini bildirmişdir.
Görüş zamanı, həmçinin, Azərbaycan Respublikasında seçkiqabağı təbliğat və təşviqat kompaniyasında siyasi reklamın yayımı ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır.