Milli Televiziya və Radio Şurasında Avropa İttifaqının və SCAD Proqramının eksperti Riçard İveslə görüş keçirilmişdir.
Görüşdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının məqsəd və vəzifələri barədə qonağı məlumatlandırmışdır. Şura sədri Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"a uyğun olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısınan alınması sahəsində Şuranın öz səlahiyyəti çərçivəsində bütün tədbirləri həyata keçirdiyini və bundan sonra da bu cür tədbirlərin davam etdiriləcəyini bildirmişdir.
Görüşdə zamanı, həmçinin, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması sahəsində televiziya və radio yayımçılarının rolu müzakirə edilmişdir.