Milli Televiziya və Radio Şurasının iclası keçirilmişdir.
İclasda Milli Televiziya və Radio Şurasının 11 yanvar 2008-ci il və 30 dekabr 2008-ci il tarixli "Dövlət dilindən istifadənin təmin edilməsi" ilə bağlı qərarlarının icra vəziyyəti müzakirə olunmuşdur.
Şuranın "Dövlət dilindən istifadənin təmin edilməsi" ilə bağlı 11 yanvar 2008-ci il və 30 dekabr 2008-ci il tarixli qərarlarının tələblərini pozduğuna görə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə, "Lider Media Holdinq" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "Space Müstəqil Televiziya və Radio Şirkəti"nə xəbərdarlıq elan edilmişdir.