Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
05 mart 2009-cu il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Azad Azərbaycan Teleradio Yayım Şirkəti"nin birbaşa peyk vasitəsilə yayımlanacaq "ATV International" (ATV İnt) televiziya kanalına xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətinə baxılmışdır.
Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 14.1, 29.2-ci maddəsinə və "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 7.3-cü, 8.1-ci bəndinə uyğun olaraq "Azad Azərbaycan Teleradio Yayım Şirkəti"nin "ATV International" (ATV İnt) kanalına birbaşa peyk yayımı üçün 6 (altı) il müddətinə xüsusi razılıq (lisenziya) vermişdir.