Azərbaycan Respublikası Audiovizual Şurası

22 may 2009-cu il tarixdə "Ekstremal situasiyalarda telekanalların rolu" mövzusunda seminar keçiriləcək

Milli Televiziya və Radio Şurası 22 may 2009-cu il tarixdə "Ekstremal situasiyalarda telekanalların rolu" mövzusunda seminar keçirməyi planlaşdırır.

Seminarda telekanal rəhbərlərinin, telekanalların proqram siyasəti üzrə məsul şəxslərinin və mətbuat nümayəndələrinin iştirakı gözlənilir. Seminar 22 may 2009-cu il tarixdə saat 16:00-da Milli Televiziya Radio Şurasının inzibati binasında (Nizami küç., 105) keçiriləcəkdir.