"Azərbaycanda televiziya və radio yayım qanunvericiliyi" mövzusunda dəyirmi masa keçiriləcəkdir.
Avropa Şurası və Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası 05 iyun 2009-cu ildə "AF Hotel"də "Azərbaycanda televiziya və radio yayım qanunvericiliyi" mövzusunda dəyirmi masa keçirəcəkdir. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Milli Televiziya və Radio Şurasının məsul şəxsləri, Milli Məclisin üzvləri, internet və ənənəvi medianın əməkdaşları, həmçinin Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların və Avropa Şurasının ekspertləri iştirak edəcəklər.