Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
15 iyul 2009-cu il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda Milli Televiziya və Radio Şurası Aparatı tərəfindən hazırlanmış "Kabel televiziyası sahəsində fəaliyyət Qaydaları”nın layihəsi müzakirə edilmişdir.
"Kabel televiziyası sahəsində fəaliyyət Qaydaları”nın layihəsinin "Normativ hüququ aktlar haqqında” qanunda normativ aktlar üçün nəzərdə tutulmuş tələblərə uyğunlaşdırılması və müəyyən əlavə və dəyişikliklərin edilməsi şərti ilə Şuranın növbəti iclasında müzakirəyə çıxarılması barədə qərar qəbul edilmişdir.