Milli Televiziya və Radio Şurasında görüş keçirilmişdir.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmovla "Radio Frans"ın beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi Françuz Laurian, Fransanın Ankara Konsulluğunun media attaşesi Luçiano Rispoli və Fransanın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət və əməkdaşlıq məsələləri üzrə attaşesi Lyuk Obri arasında görüş keçirilmişdir. Görüşdə "Radio Frans"ın Azərbaycan Respublikasında kabel, mobil və internet vasitəsilə yayımı məsələsi müzakirə olunmuşdur.