MTRŞ tərəfindən ümumrespublika radio yayımı lisenziyası alınması üçün elan olunmuş müsabiqə başa çatmışdır.
25 noyabr 2010-cu il tarixdən 25 dekabr 2010-cu il tarixədək ümumrespublika radio yayımı üçün Bakı şəhəri və Abşeron yarımadasında 103.3MHs işçi tezlik resursuna elan edilmiş müsabiqədə üç iddiaçı, yəni iki hüquqi şəxs – "Golden Prince" MMC ("Azad Xəbər"), "Obyektiv – Televiziya və Radio Yayım Şirkəti" MMC ("Radio Obyektiv") və bir fiziki şəxs - Cəfərov Rəsul Ağahəsən oğlu ("Alternativ Radio") sənədlərini Şuraya təqdim etmişdir.
Şura tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 1 ay müddətində müsabiqənin nəticələrinə baxılacaq və "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15.5-ci maddəsinin və "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları"nın tələblərinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək.