Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının sədri EPRA-nın 33-cü Toplantısında iştirak etmişdir.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşiravan Məhərrəmov Tənzimləyici Orqanların Avropa Platformasının (EPRA) 2011-ci il mayın 25-27-də Makedoniyanın Ohrid şəhərində keçirilən 33-cü iclasında iştirak etmişdir. 

Mayın 26-da birinci iclas günü ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinin Ofisi EPRA-da daimi nümayəndə statusu almışdır. EPRA-nın Ohrid iclasında İcra Katibliyinin tam tərkibi (1 sədr və 4 sədr müavini) seçilmişdir. 

"Məzmun tənzimlənməsi və yeni Media" adlı 1-ci Plenar sessiyada ənənəvi və yeni media arasında tənzimləmə sərhədləri müzakirə olunurdu və 2011-ci ilin oktyabrında Brüsseldə keçiriləcək növbəti iclasın plenar sessiyasında isə azyaşlılıarın müdafiəsi aspektində yeni media xidmətlərinin məzmun tənzimlənməsi məsələsi və yurisdiksiya məsələləri müzakirə olunacaq. 

1-ci Plenar sessiyanın sonunda 3 işçi qrup aşağıdakı mövzular üzrə müzakirə və təqdimatlara başlamışlar: 1. Məhsul Yerləşdirilməsi; 2. Rəqəmli mühitdə radio; 3. Avropa İttifaqının spektr siyasəti.Rəqəmli dividend.

Mayın 27-də 2-ci Plenar sessiya tənzimləyici orqanların effektiv fəaliyyəti ilə bağlı məsələləri müzakirə etmişdir.