Milli Televiziya və Radio Şurası bəzi lisenziyların müddətini uzatmışdır.
02 sentyabr 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin televiziya, radio və əlavə informasiya yayımı, "Burc FM LTD" MMC-nin radio yayımı, "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC-nin regional televiziya yayımı, "Digicom" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılmışdır.
Milli Televiziya və Radio Şurası "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin televiziya, radio və əlavə informasiya yayımı, "Burc FM LTD" MMC-nin radio yayımı, "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC-nin regional televiziya yayımı, "Digicom" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul etmişdir.