MTRŞ analoq yayımla paralel rəqəmli DVB-T yayımının aparılması barədə qərar qəbul etmişdir.
22 dekabr 2011-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarının 22 dekabr 2011-ci il tarixdən etibarən analoq yayımla paralel DVB-T standartına uyğun olaraq rəqəmli formada həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstrərən bütün televiziya yayımçılarına bu qərardan irəli gələn bütün texniki məsələlərin həll edilməsi tapşırılmışdır.
İclasda, həmçinin, 01 may 2012-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının dayandırılması barədə qərar qəbul edilmişdir.