Şura sədri Nuşirəvan Məhərrəmov və ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Targay arasında görüş keçirilmişdir.
17 fevral 2012-ci il tarixdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Koray Targay arasında görüş keçirilmişdir. Görüş zamanı Azərbaycan Respublikasında televiziya və radio yayımı ilə əlaqədar qanunvericiliyin mövcud vəziyyəti, rəqəmsal yayıma keçidlə əlaqədar qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılmışdır. Görüşdə Şura sədri qonağı maraqlandıran sualları cavablandırmışdır.