Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
İclasda "ANS" Müstəqil Yayım və Media Şirkətinin və "Xəzər TV" MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılmışır. Milli Televiziya və Radio Şurası "ANS" Müstəqil Yayım və Media Şirkətinin və "Xəzər TV" MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul etmişdir.