Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
İclasda "Bakı & Boston TV Kommunikeyşn" MMC-nin, "SKAY MAKS" MMC-nin, "Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası"nın kabel şəbəkəsi yayımı üçün, "CTV" MMC-nin isə regional (Lənkəran şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılmışdır.
Milli Televiziya və Radio Şurasının qərarına əsasən "Bakı & Boston TV Kommunikeyşn" MMC-nin, "SKAY MAKS" MMC-nin, "Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası"nın kabel şəbəkəsi yayımı üçün, "CTV" MMC-nin isə regional (Lənkəran şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılmışdır.