İƏT üzv ölkələrinin yayım üzrə tənzimləyici qurumlarının forumunun (İBRAF) növbəti Toplantısı keçirilmişdir.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov 19-20 dekabr 2013-cü il tarixdə Mərakeş Krallığının Mərrakeş şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının forumunun (İBRAF) üçüncü İllik Toplantısında iştirak etmişdir.
Üçüncü İllik Toplantıda Türkiyə Cümhuriyyəti, Səudiyyə Ərəbistanı Krallığı, İndoneziya Respublikası, İran İslam Respublikası, İraq Respublikası, Azərbaycan Respublikası, Seneqal, Bəhreyn, Mavritaniya, Mərakeş, Niger və müşahidəçi ölkə olaraq Şimali Kipr Türk Cümhuriyyətinin teleradio yayımı üzrə tənzimləyici qurumlarının nümayəndələri iştirak etmişdir. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumları tərəfindən audiovizual sahədə baş verən yeniliklər, azyaşlıların hüquqlarının müdafiəsi kimi məsələlər müzakirə edilmişdir. Toplantıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının forumunun (İBRAF) növbəti iclasının 2014-cü ilin sonlarında İran İslam Respublikasında keçirilməsi qərara alınmışdır.