Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqə üzrə sənəd qəbulu başa çatmışdır.
Milli Televiziya və Radio Şurası tərəfindən ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqə başa çatmışdır.
Qeyd olunan müddətdə 3 iddiaçı – "Brand in Baku" MMC, "Fatiyev Company" MMC, "Region TV" MMC müsabiqəyə sənədlərini təqdim etmişdir. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqənin elan edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcəkdir.