Şura sədri Nuşirəvan Məhərrəmov EPRA-nın Budva şəhərində keçirilən 39-cu Toplantısında iştirak etmişdir.
İclasda "Birləşmiş mühitdə tənzimləyici orqanların fəaliyyəti", "Audiovizual mediada nifrət çıxışı" mövzusunda plenar sessiyalar keçirilmiş, "Media maarifləndirilməsi", "Tənzimləyici orqanların müstəqilliyi", "Yayım zamanı mühüm tədbirlər" mövzülarında müzakirələr aparılmışdır. İclasın sonunda 2014-ci ilin oktyabrında Gürcüstanın Tbilisi şəhərində keçiriləcək 40-cı iclasda müzakirəyə çıxarılacaq məsələlər müəyyən olunmuşdur.