Azərbaycan Respublikası Audiovizual Şurası

Milli Televiziya və Radio Şurasının nümayəndələri EPRA-nın 40-cı Toplantısında iştirak etmişdir.

Milli Televiziya və Radio Şurası Aparatının rəhbəri Toğrul Məmmədov və Şura Aparatının hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fazil Novruzov 2014-cü il 8-11 oktyabr tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 40-cı Toplantısında iştirak etmişdir.

İclasda "Audiovizual media xidmətləri", " Mediada müxtəlifliyin və ona daxil olmanın təmin olunması" mövzusunda plenar sessiyalar keçirilmiş, "İstifadəçilərin maarifləndirilməsi - müdafiə instrumentlərinə baxış", "Tənzimləyici orqanların müstəqilliyi", "Rəqəmli radio yayımı" mövzülarında müzakirələr aparılmışdır.