Milli Televiziya və Radio Şurasında 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Şura üzvləri 20 Yanvar faciəsinin baş vermə səbəbləri, rus qoşunlarının Bakıda törətdiyi vəhşiliklər, eləcə də o dövrün siyasi hadisələri barədə məruzə ilə çıxış etmişlər.