Nuşirəvan Məhərrəmov yenidən Milli Televiziya və Radio Şurasının sədri seçilmişdir.
28 yanvar 2015-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda təşkilati məsələlərə baxılmışdır.
"Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü Məhərrəmov Nuşirəvan Umud oğlu yenidən Milli Televiziya və Radio Şurasının sədri seçilmişdir.