Şurada ATƏT-in DTİHB Seçki Bölməsinin nümayəndələri ilə görüş keçirilmişdir.
12 avqust 2015-ci il tarixdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Seçki Bölməsinin baş məsləhətçisi Riçard Lappin və məsləhətçi Radiovoe Qruiçi qəbul etmişdir.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Milli Televiziya və Radio Şurasının məqsəd və vəzifələri, funksiyaları barədə qonaqları məlumatlandırmışdır.
Görüşdə televiziya və radio yayımında seçkiqabağı təbliğat və təşviqat kompaniyasında siyasi reklamın yayımı ilə bağlı məsələlər müzakirə edilmişdir. Həmçinin Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov qonaqları maraqlandıran sualları cavablandırmışdır.