7 dekabr 2015-ci il tarixdə Milli Televiziya və Radio Şurasında teleradio yayımçılarının nümayəndələri ilə görüş keçirilmişdir.
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq 2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilmişdir.
Matəm günündə "Space TV", "Xəzər TV", "ANS ÇM", "Jazz FM", "Antenn FM", "Araz FM" tərəfindən "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinin tələbləri pozulmuş, yayımçılar tərəfindən reklam blokları yayımlanmışdır.
7 dekabr 2015-ci il tarixdə "Space TV", "Xəzər TV", "ANS ÇM", "Jazz FM", "Antenn FM", "Araz FM"in proqram üzrə məsul şəxsləri Milli Televiziya və Radio Şurasına dəvət edilmiş və pozuntularla bağlı yayımçılara irad tutulmuş, müvafiq tövsiyələr verilmişdir.