Azərbaycan Respublikası Audiovizual Şurası

Barselona şəhərində EPRA-nın 43-cü Toplantısı keçirilmişdir.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Şura Aparatının hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Fazil Novruzov 2016-cı il 25-28 may tarixlərində İspaniyanın Barselona şəhərində keçirilən Yayım Tənzimləyici Orqanlarının Avropa Platformasının (EPRA) 43-cü Toplantısında iştirak etmişdir.

Toplantıda 46 Avropa dövlətindən 50 audiovizual yayım tənzimləyici təşkilatının nümayəndələri, həmçinin, Avropa Komissiyasının, ATƏT Media Azadlığı üzrə Bürosunun, Avropa Şurası Media Bölümünün, Avropa Audiovizual Rəsədxanasının nümayəndələri və ekspertləri iştirak etmişlər. Toplantıda "Açıq yayımlanan televiziya üçün gələcək varmı?", "2015-ci il Ümumdünya kommunikasiya konfransından sonra spektrum məsələləri", "Uyğunluq və qanuna riayət. Bu sahədə milli tənzimləyici orqanların siyasəti, strategiyası və metodları" mövzuları müzakirə olunmuşdur.