18 yanvar 2017-ci il tarixdə Milli Televiziya və Radio Şurasında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov 20 yanvar faciəsi ilə bağlı çıxış edərək 20 yanvar faciəsinin Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, 1990-cı ilin 19-20 yanvar tarixlərində dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədildiyini, yüzlərlə insanın qətlə yetirildiyini, yaralandığını, itkin düşdüyünü, Qanlı yanvar faciəsinin hərtərəfli, əhatəli və dolğun qiymətinin məhz dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə aldığını qeyd etmişdir. Tədbirdə Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev, Milli Televiziya və Radio Şurasının üzvləri, Şura Aparatının əməkdaşları çıxış etmişdir.