Şura sədri Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşmüşdür.
8 fevral 2017-cı il tarixdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşmüşdür.
Nuşirəvan Məhərrəmov Azərbaycan Respublikasında teleradio yayımı sahəsində mövcud vəziyyət barədə qonağa ətraflı məlumat vermişdir. Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı, teleradio yayımı sahəsində ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanmışdır. Görüş zamanı əməkdaşlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılmışdır.