Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
9 avqust 2017-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası ərazisində rəqəmsal yayıma keçiddən sonra boşalan tezlik resurslarından səmərəli istifadə olunması ilə bağlı məsələlər müzakirə edilmişdir.
Müzakirələrə uyğun olaraq iclasda yüksək keyfiyyətli (HD) rəqəmsal yayımın həyata keçirilməsi üçün "Azad Azərbaycan Teleradio Kompaniyasına" və "Xəzər TV" MMC-yə olaraq 35-ci və 29-cu yayım kanallarının ayrılması barədə qərar qəbul edilmişdir.
Həmçinin, iclasda 22-ci TV yayım kanalının "TV Texservis" MMC kabel şəbəkəsi yayımçısının istifadəsinə verilməsi barədə qərar qəbul edilmişdir.
Bundan başqa, iclasda Quba rayonunda fəaliyyət göstərən "Xəyal Müstəqil Televiziya və Radio Şirkəti"nın adının dəyişdirilməsi ilə əlaqədar olaraq ona verilmiş regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) "Qafqaz Müstəqil Televiziya və Radio Şirkəti"nın adına rəsmiləşdirilmişdir.